
İran İsrailə hücumun nəticələrini gözləyir, onların miqyası zərərdən asılı olacaq.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konrikus bildirib.
“Onlar (iranlılar – red.) hücumun nəticələri ilə qarşılaşacaqlar ki, bu da İsrailə nə qədər ziyan vurulacağından asılı olacaq”, – C.Konrikus deyib.
Konrikus ABŞ-nin İranın bəzi dronlarını ələ keçirdiyini də təsdiqləyib.