İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terrorçuluqla əlaqədə şübhəli bilinən 13 nəfəri saxlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qalqilya şəhərində reyd zamanı təhlükəsizlik qüvvələri partlayıcı maddələrin hazırlanması üçün materiallar, həmçinin terror fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 70 min şekel (təxminən 19 min ABŞ dolları – red.) nağd pul ələ keçiriblər.

İstinadlar Report