
İsrail qırıcıları Livanın “Hizbullah” hərəkatının hərbi qurğularına və obyektlərinə zərbələr endiriblər.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir qədər əvvəl qırıcılar “Hizbullah”ın Aytarun ərazisindəki terror obyektlərinə, o cümlədən silah anbarına və hərbi qurğulara zərbələr endirdilər”, – açıqlamada deyilir.