
İsrail Ordusu Livanın “Hizbullah” təşkilatına məxsus hədəflərə zərbələr endirdiyini bildirib.
Livanda “Hizbullah” hərəkatının bir sıra hədəfləri bombardman olunub.
“Vurulan hədəflər arasında raket buraxılış qurğusu, hərbi obyekt və Suriya-Livan sərhədi boyunca silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlar olub”, – məlumatda bildirilir.