İsrail Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu rəsmi olaraq elan edib.

Bu barədə İsrail Müdafiə Ordusu sosial şəbəkədə açıqlama yayıb.

Açıqlamada HƏMAS atəşkəsi pozmaqda ittiham olunub.

Bildirilib ki, atəşkəsin başa çatmasına az qalmış Qəzza zolağından İsrail ərazisi raket atəşinə tutulub. Məlumata görə, İsrail Qəzzaya avia və artilleriya zərbələri endirir.

İstinadlar Report