
İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağının şimal-şərqində yerləşən məktəbin yaxınlığındakı obyektinə zərbələr endirib.
“İsrail Hərbi Hava Qüvvələri Əş-Şatidəki UNRWA məktəbindən fəaliyyət göstərən və əməliyyat nöqtəsi və ya görüş yeri kimi təyin ediən HƏMAS terrorçularına məxsus konteynerə hava zərbələri endirib. HƏMAS terrorçuları məhv edilib”, – məlumatda deyilir.
“HƏMAS BMT məktəbinin binasından terror fəaliyyəti üçün pərdə kimi istifadə edərək hücumlar həyata keçirib”, – mətbuat xidməti qeyd edib və xüsusilə vurğulanıb ki, aviazərbələrdən əvvəl mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün zəruri addımlar atılıb.