İsrail Müdafiə Qüvvələrinin (İMQ) təyyarəsi Qəzza zolağının cənubundakı Rəfah şəhərində yüksəkrütbəli yaraqlıların yerləşdiyi HƏMAS-ın obyektinə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İMQ-nin təyyarəsi HƏMAS-ın Rəfahda yüksəkrütbəli terrorçularının fəaliyyət göstərdiyi obyektə zərbə endirib. İMQ zərbə və atəş nəticəsində ərazidə bir neçə mülki şəxsin yaralanması haqqında bilgilərdən xəbərdardır”, – mətbuat xidməti vurğulayıb və əlavə edib ki, insident araşdırılır.

Hərbi qurum “zərbənin qanuni hədəflərə qarşı” və “beynəlxalq hüquqa uyğun şəkildə”, habelə “dəqiq idarə olunan sursatlardan istifadə edilərək və HƏMAS-ın ərazidən istifadə etdiyini göstərən dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq” həyata keçirildiyini bildirib.

Qeyd edək ki, Rəfah Qəzza zolağında 2023-cü ilin oktyabrında HƏMAS terrorçularının hücumundan sonra başlayan əməliyyat zamanı İsrail hərbçiləri tərəfindən işğal olunmayan sonuncu böyük yaşayış məntəqəsidir.

İstinadlar Report