İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfahdakı təşkilatın hərbi qanadını maliyyələşdirilməsindən məsul olan Fələstinin radikal HƏMAS hərəkatının üzvünü məhv edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, ordu ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti – Qeyd) dəstəyi ilə terrorçu Naser Yaqub Cabberı zərərsizləşdirib.
HƏMAS-ın hərbi qanadındakı fəaliyyətinin bir hissəsi olaraq, o, təşkilatın Rəfahdakı hərbi fəaliyyətinin böyük hissəsinin maliyyələşdirilməsinə cavabdeh idi.