İsrail hərbçiləri Qəzza bölgəsinin Beyt-Xanun şəhərində radikal Fələstin HƏMAS hərəkatının silahlı qanadının qərargahına zərbə endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, qərargah Beyt-Xanunda “Raazi eş-Şua” məktəbi kimi istifadə olunan kompleksin daxilində yerləşdirilib və HƏMAS-ın nəzarət və idarəetmə mərkəzi kimi tanınır.