İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının hərbi qanadının yüksək rütbəli komandiri İmad Jaronu zərərsizləşdirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o həm də Qəzzanın Deyr əl-Bələh şəhərinin meri vəzifəsini daşıyırdı.
İmad Jaronun Deyr əl-Bələhdəki humanitar zonada İsrailə qarşı hücumlar planlaşdırdığı bildirilir.
Ordu bəyan edib ki, zərərsizləşdirilən hərəkat rəsmisi HƏMAS-ın hərbi qanadının rəhbərliyi ilə daimi əlaqə saxlayıb və ona döyüş dəstəyi verib.