İsrail hərbçiləri Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 19-da səhər azad edilməli olan girovların qəbuluna hazırlıq görürlər.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri yanvarın 18-də siyasi rəhbərlik tərəfindən təsdiqlənmiş girovların qaytarılması haqqında razılaşmanın həyata keçirilməsinə hazırlaşır. Saziş yanvarın 19-da saat 08:30-da qüvvəyə minəcək və İsrail Müdafiə Qüvvələrinin bölmələri onun çərçivəsində yerlərdə əməliyyat prosedurları həyata keçirəcək”, – məlumatda deyilir.

Hərbçilər azad edilənlərə müvafiq fiziki və psixoloji dəstək göstərəcəklər.

İstinadlar Report