İsrail Ordusu İrandan gözlənilən hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.
Bu barədə ‘The Times of Israel’ nəşri İsrail Müdafiə Ordusuna istinadən xəbər yayıb.
Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən (istirahət, ailə üzvlərini ziyarət və s.) olan israillilər dərhal ölkələrinə qayıtmağa borcludurlar.
Ordu məsələni birbaşa şərh etməyib və yalnız “hər zaman təhdidlərin qiymətləndirilməsini həyata keçirdiyini və müvafiq olaraq hərbçilərin daxil olmasına icazə verilən ölkələrin siyahısını yenilədiyini” bildirməklə kifayətlənib.