İsrail müdafiə ordusunun ehtiyatda olan hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı qətiyyətli addımların atılmasını tələb edir. Bununla əlaqədar onlarla insan ölkənin müdafiə naziri Yoav Qalantın evinin yaxınlığında etiraz aksiyası keçirib.
Bu barədə “The Jerusalem Post” qəzeti yazıb.
Etirazçılar arasında həlak olan hərbçilərin qohumları və xidmətdə olan hərbi qulluqçular da olub və onlar müdafiə nazirindən qələbə tələb edən şüarlar səsləndiriblər.