
Girovlarla bağlı razılaşma əldə olunmasa, İsrail bir neçə cəbhədə müharibə təhlükəsi ilə üzləşə bilər.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Məlumata görə, Y.Qalant bu fikri hərbi kabinetin iclasında bildirib və bu, müvafiq sənəddə qeyd edilib. Hərbi rəhbərliyin nöqteyi-nəzərindən razılaşmanın əldə olunması yalnız girovların qaytarılmasına imkan verməyəcək, həm də “Hizbullah” ilə qarşıdurma səbəbindən Livanla sərhəddə gərginliyi azalda bilər.