İsrail sərhəd polisinin xüsusi təyinatlıları (YAMAM) milli antiterror bölmələrinə çevriləcək.

Bu barədə İsrailin baş naziri Naftali Bennetin ofisi məlumat verib.

Daxili təhlükəsizlik naziri və Baş Polis müfəttişi ilə razılaşmanın bir hissəsi olaraq, Milli Təhlükəsizlik Nazirliyinin büdcəsindən bununla bağlı 10 milyon şekel (təxminən 3,2 milyon ABŞ dolları) ayrılması qərara alınıb.

2022-ci ildə bölmələri gücləndirmək, şəxsi heyətin sayını artırmaq və döyüş qabiliyyətini artırmaq tapşırığı qoyulub.

İstinadlar Report