İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın qərbində, Livanla sərhəd yaxınlığında yerləşən Quseyr şəhəri yaxınlığında “Hizbullah” obyektlərinə hava zərbələri endirib.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Noyabrın 9-da baş verən hava hücumunda bir neçə nəfər, o cümlədən 2020-ci ildə Livanın keçmiş Baş naziri Rafik Həririnin (1944-2005) öldürülməsini təşkil etməkdə təqsirli bilinən “Hizbullah” üzvü Səlim Ayyaş ölüb.

Haaqada keçirilən Livan üzrə Xüsusi Tribunal (STL) Ayyaşı qiyabi olaraq beş ömürlük həbs cəzasına məhkum etmişdi. Əvvəllər iş üzrə əsas müttəhim “Hizbullah”ın silahlı qanadının üzvü Əmin Bədrəddin olub, lakin o, Suriyada döyüşlər zamanı öldürülüb.

İstinadlar Report