İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə yeni hava zərbələri endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onların hədəfi Blida və Rab-Taliatin yaşayış məntəqələri ərazisindəki hərbi qurğular, eləcə də Hula kəndi ərazisində yerləşən və İsrail ərazisinə yönəlmiş reaktiv yaylım atəşi qurğusu olub.