İsrail hökuməti bu gün bir həftə əvvəl koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantinin sentyabrın 25-dən etibarən iki həftəlik müddətə sərtləşdirilməsini təsdiqləyib.

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat verib.

Bildirilib ki, sentyabrın 25-dən oktyabrın ikinci ongünlüyünə qədər yalnız ərzaq mağazaları və apteklər, eləcə də istehsal dövrü dayandırıla bilməyən sənaye müəssisələri işləyəcək. Etiraz aksiyaları və küçə duaları yalnız insanların yaşayış yerlərindən 1 km-dən çox olmayan məsafədə, 20 nəfərlik xüsusi “kapsulalarda” yerləşdikdə edilə bilər.

Karantinin sərtləşdirilməsi məsələsinin təsdiqlənməsi üçün bu gün Knessetə (ölkə parlamenti) təqdim olunacağı gözlənilir.

İstinadlar Report