
İsrail İranın İsfahan şəhərindəki hərbi obyektə raket zərbəsi endirib.
İsrail ABŞ-yə İranın nüvə obyektlərini hədəf almadığını bildirib.
Bu barədə CNN yüksək rütbəli ABŞ rəsmisinə istinadən bildirib.
CNN həmçinin yazır ki, İranda baş verən partlayışlar həftə sonu İranın hücumlarına İsrailin cavabıdır.
Rəsmi əlavə edib ki, İsrailin zərbələri “məhdud” xarakter daşıyır və mülki və nüvə obyektlərini yox, İranın hərbi obyektlərini hədəf alıb.