İsrail hökuməti Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi barədə sazişi təsdiqləyib.

Bu barədə İsrailin “Walla” portalı məlumat yayıb.

Daha əvvəl HƏMAS ilə sazişi İsrailin hərbi-siyasi kabineti təsdiqləmişdi.

Qeyd edək ki, İsrail və HƏMAS arasında razılaşma yanvarın 16-da axşam Dohada əldə edilib.

İstinadlar Report