İsrail hərbçiləri minaatan atəşinə cavab olaraq Livandakı “Hizbullah”ın silah anbarlarından birinə zərbə endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Ərəb-əl-Aramşa bölgəsində (Livan sərhədi yaxınlığında İsrail yaşayış məntəqəsi) İsrail Müdafiə Qüvvələrinin postuna minaatan atılmasına cavab olaraq, hərbçilər Livan ərazisindəki “Hizbullah”ın silah anbarına hücum ediblər”, – mətbuat xidməti diqqətə çatdırıb.

Bundan əlavə, İsrail hərbçiləri Livan ərazisindən Tel-Hay və Kiryat Şmona sərhəd yaşayış məntəqələri istiqamətində, həmçinin Ştula kəndi yaxınlığındakı ordu postuna mərmilərin atılmasını qeydə alıb: “Cavab olaraq müdafiə ordusu Livandakı atəş nöqtələrinə zərbələr endirib”.

İstinadlar Report