
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı “Hizbullah” partiyasının silahlı birləşməsinin səhra komandirlərindən birini Livanın cənubunda zərərsizləşdirib.
Bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, Deyr-Qanun bölgəsində müdafiəyə cavabdeh olan Qasem Saqlavi motosikletlə hərəkət edən zaman PUA ilə vurulub. Onu müşayiət edən daha bir yaraqlı da məhv edilib.
Bundan əvvəl İsrail hərbçiləri Livanın cənubunun şərq və qərb sektorlarında “Hizbullah”ın atəş mövqelərinə havadan hücum edib. Mays əl-Cəbəl və Rəs əl-Nəqurada ən azı dörd silahlı öldürülüb.