
İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” hərəkatının komanda və idarəetmə mərkəzinə hava zərbələri endirdiyini açıqlayıb.
Müvafiq məlumat İsrail Ordusunun teleqram kanalında yerləşdirilib.
Qeyd olunub ki, Livan ərazisindən İsrailin şimalındakı bir neçə bölgəyə atışlar qeydə alınıb və həmin nöqtələrə hava zərbələri endirilib.