İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Tir şəhərinə endirdiyi zərbələr “Hizbullah” qüvvələrinin istifadə etdiyi silah anbarlarına və onun hərbi infrastrukturunun digər obyektlərinə yönəlib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları bu gün Livanın cənubundakı Tir bölgəsində “Hizbullah” terror təşkilatının müxtəlif hərbi birləşmələrinin silah və tank əleyhinə raketlərlə dolu anbarlarına, hərbi obyektlərinə və müşahidə məntəqələrinə hücum edib”, – məlumatda deyilir.

İsrail hərbçilərinin versiyasına görə, Tir şəhərinin ərazisi “Hizbullah” birləşmələri üçün mühüm ərazidir və onlar tərəfindən İsrailə hücumlar hazırlamaq və həyata keçirmək üçün istifadə olunur.

İstinadlar Report