Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar nəticəsində azı 46 fələstinli yaralanıb.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

“46 vətəndaş yaralandılar, onlardan 5-i təcili yardımın əməkdaşı və 4-ü isə jurnalistdir. Həmçinin 1 uşaq qaz qumbarasından başından yaralanıb”, – deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, bölgədə 2018-ci ilin 30 martından səngiməyən toqquşmalar zamanı 250-dən çox fələstinli ölüb, 20 mindən çoxu xəsarət alıb.

İstinadlar Report