
İsrail rəsmiləri “HƏMAS”ın Qəzza ilə bağlı atəşkəs razılaşmasını pozduğunu bildirib.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, geri qaytarılması nəzərdə tutulan girovlardan biri olan Arbel Yehud azad edilməyib. Həmçinin girovların siyahısı təqdim olunmayıb.
Bildirilib ki, buna görə də Qəzza sakinlərinin anklavın şimalına qayıtmasına icazə verilməyəcək.
Xatırladaq ki, bundan əvvəl “HƏMAS” atəşkəsin pozulmasına görə İsraili ittiham etmişdi.