İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azadlığa buraxıb.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Fələstinli məhbuslar yanvarın 19-da azad edilmiş üç israilli girov müqabilində sərbəst buraxılıb.

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi daha əvvəl girovların azad edilməsi faktını təsdiqləyib. Qəzza zolağında 470 gün saxlanılan qadınların adları Romi Qonen (24 yaş), Emili Damari (28 yaş) və Doron Steynbrexerdir (31 yaş).

İstinadlar Report