İsrail HƏMAS-la atəşkəsə dair ABŞ rəhbərliyinə yeni təkliflər planı təqdim edib.

“Kan” şirkətinin saytı sentyabrın 19-da həmin şərtləri ixtisarla yayıb.

Məlumata görə, planın əsas maddələri bunlardır:

– sağ qalan girovlar və ölənlərin meyitləri qaytarılsın (bu bənd yüzdən çox sağ və meyitə aiddir);

– HƏMAS Siyasi bürosunun baş katibi Yəhya Sinvarın və onunla birlikdə olanların Qəzza zolağından təhlükəsiz çıxmasına təminat;

– Fələstinli məhbusların sərbəst buraxılması (sərbəst buraxılacaq məhbusların sayı və kimliyi barədə məlumat yayılmayıb);

– Qəzza zolağının demilitarizasiyası və regiona yeni nəzarət mexanizminin qurulması;

– Müharibənin başa çatması.

İstinadlar Report