İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə (HHM) qüvvələrinin rəhbəri Nidal Əl-Nəccarın öldürüldüyünü açıqlayıb.
Əl-Nəccar müharibə boyu İsrail dövlətinə və İsrail qoşunlarına hücumların rəhbərlərindən biri olub.
“Məqsədli əməliyyat zamanı HƏMAS-ın Qəzza şəhərindəki hava bölməsinin rəhbəri və Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə bölməsinin komandiri Nidal əl-Nəccar məhv edilib”, – məlumatda deyilir.