HƏMAS hərəkatının avqustun 15-də Qəzza ilə bağlı danışıqların növbəti raundunda iştirakdan imtina etməsi Fələstin anklavında atəşkəs və girovların azadlığa buraxılmasına dair razılaşmanın əldə edilməsinə məhz kimin mane olduğunu dünyaya göstərir.

Bunu TASS-a İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.

“HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı bəyanatları girovların tezliklə qaytarılmasına və Qəzza zolağında atəşkəs cəhdlərinə kimin mane olduğunu bütün dünyaya nümayiş etdirir”, – o bildirib.

Gendelman qeyd edib ki, İsrail danışıqların növbəti raundunda iştirakını artıq təsdiqləyib, lakin məsləhətləşmələrin aparılacağı məkan hələ müəyyən edilməyib.

İstinadlar Report