İsrailin Hərbi Hava Qüvvələri HƏMAS hərəkatının Qəzzadakı bir neçə obyektinə zərbələr endirib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri Qəzzanın Xan-Yunis şəhəri ərazisində yerləşən obyektlərə endirib. Bu, qarşı tərəfə cavab zərbələri olub.

Daha əvvəl İsrail ordusunun nümayəndəsi bildirib ki, Qəzza sektorundan İsrailin yaşayış məntəqələrinə partlayıcı maddənin olduğu hava şarları buraxılıb və ordu buna cavab vermək niyyətindədir.

İstinadlar Report