
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatını sazişin vasitəçilərlə razılaşdırılmış bir sıra bəndlərindən imtina etməkdə günahlandırıb.
Bu barədə ofisin mətbuat xidməti məlumat yayıb.
“HƏMAS son anda böhran yaradaraq razılaşmalardan imtina edir”, – məlumatda deyilir.
HƏMAS isə Qəzza zolağında atəşkəs razılaşmasına sadiq olduğunu bəyan edib.
Dəftərxanadan həmçinin qeyd edilib ki, HƏMAS razılaşmanın bütün şərtlərini təsdiq etməyənə qədər İsrail Qəzza zolağına dair sazişlə bağlı Nazirlər Kabinetinin iclasının tarixini təyin etməyəcək.