
İsrail Müdafiə Qüvvələri girovların azad edilməsindən sonra da Qəzza zolağında Fələstinin radikal HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirəcək.
Bunu İsrailin fövqəladə hallar kabinetinin üzvü, ölkənin müdafiə departamentinin keçmiş rəhbəri Benni Qantz deyib.
Onun sözlərinə görə, hazırda əməliyyat genişlənir, güclənir və dərinləşir: “Girovların qayıtması üçün fasilə yaransa belə, biz qayıdıb düşmənə var gücümüzlə zərbə endirəcəyik”.