ABŞ hökuməti İsrail-Fələstin münaqişəsinin həllinə dair “əsrin sazişi” adı ilə tanınan planın siyasi hissəsini açıqlaya bilər.

Bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Cayson Qrinblatt bildirib.

Onun sözlərinə görə, sentyabrın 17-də İsraildə seçkilər keçiriləcək. Bunun nəticəsinə uyğun olaraq yeni hökumətin formalaşdırılacağı noyabrın 6-da belə bir sənədin dərci nəzərdə tutulur.