İsrail ərəb dövlətlərilə müdafiə alyansı yaratmaq üçün qərb ölkələri ilə danışıqlar aparır.

Məlumatı “newsru” yayıb.

Bildirilib ki, İsraillə ərəb ölkələri arasında təmasların artması buna səbəb olaraq göstərilir.

Məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu ilə Bəhreyn kralı, İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı, yəhudi dövlətinin müdafiə naziri ilə isə İordaniya kralı II Abdullah arasında telefon danışığı olub.

İstinadlar Report