
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzadakı Darc-Tüffa rayonunda HƏMAS-ın komanda-nəzarət mərkəzinə zərbə endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, mərkəzin ərazisində HƏMAS-ın İsrail Müdafiə Qüvvələrinə qarşı “terror aktları törətmək” üçün istifadə etdikləri partlayıcı qurğuların saxlandığı silah anbarı yerləşirdi.