İsrail rəsmiləri hesab edirlər ki, HƏMAS girovlarla bağlı razılaşmanın şərtlərinə əməl edəcək və daha dörd nəfəri azad edəcək.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb

Srail HƏMAS-dan razılaşmanın ilk 42 günlük mərhələsi ərzində azad edilməli olan girovların tam adları olan siyahını, həmçinin onların səhhəti barədə ətraflı məlumat təqdim etməsini gözləyir. Bir həftə əvvəl əldə edilmiş razılaşmaya əsasən, HƏMAS atəşkəsin yeddinci günündə siyahını təqdim etməyi öhdəsinə götürüb.

Birinci mərhələdə HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində 33 israilli girovu azad edəcək.

İstinadlar Report