
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi əməliyyatların cənub istiqamətində davam etdirilməsi planlarını təsdiqləyib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Halevi vəziyyəti dəyərləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək üçün Cənub Komandanlığının qərargahında iclas keçirib.
İclasda Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər.