
İsrail İranın hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını tələb edib.
Bu barədə İsrailin təşkilatdakı daimi nümayəndəsi Qilad Erdan “X” sosial şəbəkəsində qurumun sədrinə məktubunu paylaşaraq bildirib.
“Mən İsrailin İranı bu ciddi pozuntulara görə qəti şəkildə qınamaq üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi tələbini təsdiq edirəm”, – sənəddə bildirilir.