İsrail hakimiyyəti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi yanvarın 30-dək Qüdsü tərk etməyi əmr edib.

Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon deyib.

Danon BMT-nin Baş Katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib ki, agentlik 30 yanvar 2025-ci il tarixindən gec olmayaraq Qüdsdəki fəaliyyətini dayandırmağa və şəhərdə fəaliyyət göstərdiyi bütün binaları boşaltmağa borcludur.

İstinadlar Report