Xəbər verdiyimiz kimi müdafiə naziri Zakir Həsənov İranda səfərdə olub.

Azərbaycan 24 xəbər verir ki, Zakir Həsənovun İran Prezidenti ilə görüşündə İsrail məsələsi də gündəmə gəlib. İbrahim Rəisi Bakının İsraillə yaxınlığına dair narazı fikirlər səsləndirib:

”Sionist rejimi müsəlmanların, insanlığın düşmənidir. Bu səbəbdən İsrail heç bir müsəlman ölkəsinin dostu ola bilməz”

Zakir Həsənov isə məsələnin üzərindən keçib və İran prezidentinin fikirinə münasibət bildirməyib.