İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən azad edilə biləcək girovların siyahısını hələ əldə etməyib, yeni sazişdən danışmaq tezdir.

Bu barədə İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.

“Əsir və girovların geri qaytarmaq üçün böyük səylər göstəririk, bu müqəddəs iş və məqsəddir. Biz bunu gecə-gündüz edirik. Bu suala hələ cavab almamışam, sövdələşmə çərçivəsində azad olunacaq bütün oğurlanmış şəxslərin adlarının əvvəlcədən bilinməsini tələb edirəm.

İstəyimizə baxmayaraq, yaxın günlərdə oğurlananların azadlığa buraxılması ilə bağlı yeni razılığa gəlib-gəlməyəcəyimizi söyləmək hələ tezdir. Biz HƏMAS-ın çılğın tələblərinə boyun əyməyəcəyik, bunu etməyəcəyik, çünki bu baş verərsə, biz burada olmayacağıq”, – deyə o bildirib.

İstinadlar Report