Almaniyanın “ThyssenKrupp” şirkəti İsrail üçün 3 milyard avro məbləğində yeni “INS Dakar” seriyalı 3 sualtı qayıq istehsal edəcək.

Bununla bağlı İsrail və Almaniya Müdafiə nazirlikləri şirkətlə müvafiq müqavilə imzalayıb. İsrail Müdafiə Nazirliyi bildirib ki, həmin gəmilərdən birincisi qarşıdakı 9 il ərzində tədarük ediləcək.

Müqavilənin bir hissəsi iki ölkə arasında 2017-ci ildə imzalanmış sazişə uyğun olaraq, Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcəyi də diqqətə çatdırılıb.

İstinadlar Report