İsrail ABŞ-ın dəstəyi olmadan Rafahda əməliyyat keçirməsini istisna etməyib.

Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu CNBC telekanalına müsahibəsində danışıb.

“Ümid edirəm ki, Birləşmiş Ştatlar ilə ortaq anlaşmaya gələ bilərik, onlarla danışırıq, lakin son nəticədə millətimizin həyatını qorumaq üçün etməli olduğumuzu edirik”, – Netanyahu bildirib.

İstinadlar Report