İsrail Dövlətinin Diaspor İşləri üzrə naziri Nachman Shai (Naxman Şey) ABŞ-ın Texas ştatının Kollivill şəhərindəki sinaqoqda naməlum şəxsin insanları girov götürdüyü hadisəni yaxından izlədiyini bildirib.

Nazir vəziyyətin tez bir zamanda həlli üçün dua etdiyi əlavə edib.

“Yəhudi icmasının Texas ştatının Kollivill şəhərində şənbə mərasimləri üçün toplaşdığı Bet-İsrail yığıncağındakı şəxslərin girov götürülməsi ilə bağlı vəziyyəti İsraildən yaxından izləyirəm”, – nazir tviterdə yazıb.

İstinadlar Report