Boskedən gözlənilməz qərar – onlar da “Avro-2016″dan kənarda qaldı
Son Avropa çempionu İspaniya millisinin “Avro-2016″nın final mərhələsi üçün yekun heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Visente del Boske İsko (“Real”) və Saul Niqesi (“Atletiko”) heyətə daxil etməyib.

İspaniya millisinin heyətində aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçılar: İker Kasilyas (“Portu”), David de Xea (“Mançester Yunayted”), Serxio Riko (“Sevilya”)

Müdafiəçilər: Serxio Ramos, (“Real” Madrid), Jerar Pike, Jordi Alba, Mark Bartra (hamısı “Barselona”), Sezar Aspilikueta (“Çelsi”), Mikel san Xose (“Atletik” Bilbao), Hektor Belyerin (“Arsenal”), Xuanfran (“Atletiko”)

Yarımmüdafiəçilər: Bruno Soriano (“Vilyareal”), Serxio Buskets, Andres İnyesta (hər ikisi “Barselona”), Koke (“Atletiko”), Tiaqo Alkantara (“Bavariya”), Pedro Rodriqes, Sesk Fabreqas (hər ikisi “Çelsi”), David Silva (“Mançester Siti”), Lukas Vaskes (“Real”)

Hücumçular: Arits Aduris (“Atletik” Bilbao), Nolito (“Selta Viqo”), Alvaro Morata (“Yuventus”)

Qeyd edək ki, A qrupunda qərarlaşan İspaniya millisi Xorvatiya, Çexiya və Türkiyə yığmaları ilə mübarizə aparacaq.

Oxumağa dəyər:   Lukaşenko bütün nazirləri qovub yenilərini təyin etdi

Xatırladaq ki, V.Boske bundan əvvəl “Çelsi”nin hücumçusu Dieqo Kosta və “Atletiko”nun (Madrid) forvardı Fernando Torresi genişləndirilmiş heyət üçün yığmaya çağırmamışdı.