İspaniya Silahlı Qüvvələri Baş Qərargah rəisi, general Miqel Anhel Vilyarroya yeni növ koronavirus infeksiyasına qarşı peyvənd edildikdən sonra yaranan narazılıqlara görə istefa verib.

Bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

General növbədənkənar vaksin vurdurmaqda günahlandırılır. Nəticədə Baş Qərargah rəisi Müdafiə naziri Marqarita Roblesə istefa ərizəsi təqdim edib. Nazir də öz növbəsində istefanı qəbul edib.

İstinadlar Report