Çinli hakerlər İspaniyanın koronavirusa qarşı peyvənd hazırlayan mərkəzlərindən məlumatları oğurlayıblar.

Bu barədə cümə günü “El Pais” qəzeti bu kiberhücumlar barədə məlumata sahib olduğu iddia edilən mənbələrə istinad edərək yazıb.

Qəzetin yazdığına görə, krallığın Milli Kəşfiyyat Mərkəzinin direktoru Pas Esteban ölkədəki təcrid rejimi əsnasında haker hücumlarının artması barədə xəbərdarlıq edib və kiberhücumların səhiyyə və əczaçılıq kimi həssas sektorlara, koronavirusa qarşı peyvənd hazırlanması üzrə fəaliyyət göstərən laboratoriyalara qarşı, özü də təkcə İspaniyada yox, olduğunu açıqlayıb. “El Pais” iddia edir ki, İspaniya ilə bağlı məsələdə kiberhücum Çindən həyata keçirilib.

Bununla belə, qəzetin mənbələri hansı məlumatların oğurlandığını açıqlamayıb. İspaniyanın Elmi Tədqiqatlar Ali Şurasının nümayəndəsi agentliyin məlumat oğurluğunu qeydə almadığını bildirib. Peyvənd üzərində çalışan digər üç mərkəzdə də mümkün kiberhücumlar barədə məlumat yoxdur.

İstinadlar Report