İspaniyanın Konstitusiya Məhkəməsi ifrat sağçı “Voks” partiyasının ölkədə evtanaziyanı tənzimləyən qanuna qarşı şikayətini rədd edib.

Bu barədə hüquq orqanının yaydığı məlumatda deyilir.

Sənədə əsasən, Konstitusiya Məhkəməsi səs çoxluğu ilə evtanaziyanı tənzimləyən konstitusiya qanununu tanıyıb. Qeyd olunub ki, məhkəmə Deputatlar Konqresində (parlamentin aşağı palatası – Red) “Voks” parlament qrupunun təqdim etdiyi müraciəti konstitusiyaya zidd olduğunu əsas gətirərək rədd edib.

İspaniya parlamenti bu təşəbbüsü 2021-ci ildə təsdiqləyib. Qanun ölümcül xəstə olan, heç bir müalicəsi və ya yaxşılaşması olmayan “dözülməz fiziki və ya ruhi əzablara” səbəb olan ciddi, xroniki və əlillik yaradan xəstəlikdən əziyyət çəkən insanların evtanaziya hüququnu tənzimləmək üçün nəzərdə tutulub.

İstinadlar Report