
İspaniyanın elektrik şəbəkəsi qəfildən cəmi 5 saniyə ərzində 15 giqavat elektrik enerjisini itirib.
Bunu İspaniya hökumətinin sədri Pedro Sançes deyib.
“Kütləvi enerji kəsilməsinin səbəblərinə gəlincə, texniki mütəxəssislərin bizə bildirdiyinə görə, bu səhər yerli vaxtla saat 12:33-də (Bakı vaxtı ilə 14:33) cəmi 5 saniyə ərzində sistemdən 15 giqavat enerji hasilatı qəfil itirilib”, – baş nazir qeyd edib.